• cümə, 19 Aprel, 06:27
  • Baku Bakı 13°C

Abdulbari Gözəl: “Planlarımız pozuldu”

20.12.16 14:00 1623
Abdulbari Gözəl: “Planlarımız pozuldu”
"Bu il Avropa Liqasında çox yaxşı çıxış etmişdik. Amma qrup səddini aşa bilmədik. Hərdən görürsən ki, böyük klublar da problemlə üzləşir”. Bu sözləri apasport.az saytına açıqlamasında "Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl deyib.
Ağdamklubunun rəhbəri komandanın Avropa Liqasındakı çıxışını dəyərləndirib. O bildirib ki, hədəfləri növbəti mərhələyə keçmək olsa da, şanssızlıq buna imkan verməyib: "Bu il hədəfimiz qrup səddini aşmaq, növbəti mərhələyə çıxmaq idi. Çox yaxşı başlamışdıq, amma 1-2 dəfə şanssızlıq yaşadıq. Qrup mərhələsi ilə bağlı planlarımız pozuldu. Bu, bizi çox narahat etdi. Çatışmazlıqları baş məşqçi görür. Biz də ona dedik ki, bunları aradan qaldırmaq lazımdı, fikirləş, necə edək ki, Azərbaycan komandasını o mərhələyə çıxaraq”.
Abdulbari Gözəl əlavə edib ki, "Qarabağ”ın hədəfi artıq təkcə Azərbaycan çempionu olmaq deyil: "İnşallah, bu il də Azərbaycan çempionatının birincisi olacağıq. Düzdü, əminliklə demək olmur. Amma təkcə Azərbaycan çempionu olmaq daha bizə bəs etmir. Eyni zamanda, Avropada da qabağa getmək lazımdı. Azərbaycanda "Qəbələ” də yaxşı klubdu, "Zirə” də. Klublar nə qədər güclü olsa, futbolçular bir o qədər gərgin rəqabətə alışarlar. Tək güclü komanda olanda futbolçular zəif qalırlar. Çünki digər rəqiblər zəif olurlar, futbolçular da elə bilirlər ki, çox güclüdülər. Gözləyirik, bizim hədəfimiz dəyişməyib. Azərbaycan komandasını Avropada daha da irəli aparmaq istəyindəyik”.
banner

Oxşar Xəbərlər