• çərşənbə, 24 Aprel, 16:54
  • Baku Bakı 27°C

AAF XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir

13.10.18 13:15 345
AAF XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir
Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində ("Education 2018”) iştirak edir.
Federasiyadan Trend-ə verilən məlumata görə, "Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgidə AAF-ın Beynəlxalq Avtomobil Federasiyasının (FIA) kampaniyaları çərçivəsində ölkəmizdə həyata keçirdiyi "Uşaqları xilas edək”, "Təhlükəsiz məktəb yolları” və "Uşaqlar üçün sürəti azalt” layihələri təqdim olunur. Federasiyanın stendində, həmçinin uşaqlar üçün yol hərəkəti qaydaları barədə maarifləndirici nəşrlər təqdim edilir.
Eyni zamanda burada AAF və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində azyaşlılara yol hərəkəti təhlükəsizliyinə dair interaktiv dərslər keçirilir. "Education 2018” sərgisi oktyabrın 13-də başa çatır.
banner

Oxşar Xəbərlər