• cümə axşamı, 28 mart, 21:40
  • Baku Bakı 13°C

Ağadadaş Ağayev hədələdi: “...cavab verəcəklər”

07.02.14 17:30 1488
Ağadadaş Ağayev hədələdi: “...cavab verəcəklər”
Xalq artisti Ağadadaş Ağayev yayılmış videosundan danışıb. Lent.az-ın məlumatına görə, “Ans”in “Adam içində” proqramına telefon bağlantısı edən A.Ağayev fikirlərini bu sözlərlə ifadə edib: “ Mənim üçün gözlənilməz oldu. Bu videoya baxdığım zaman güldüm. Bu insanlar mənim konsertimdən sonra mənlə bir masa arxasında əyləşməyimdən istifadə ediblər. Mən demək istəyirəm ki, biz müstəqil, hüquqi bir dövlətdə yaşayırıq. Müstəntiqlər tərəfindən araşdırılacaq, günahkarlar öz cavabını alacaqlar. Onlar mənim sadəliyimdən, səmimiliyimdən istifadə edib, mənim nüfuzuma xələl gətiriblər. Onlara fanat da demək olmaz. Mən öz pərəstişkarlarıma desəm, o insanları yerlə-yeksan edərlər. O ki qaldı bu videoya, 1-ildir, Bakıdan kənardayam. Övladımın səhhəti pis olduğu üçün vətənimdən kənar düşmüşəm. Başım övladıma qarışıb. İnşallah, fevralın axırları Bakıya qayıdacam. Bu məsələdə günahkarlar cavabını alacaq. Daha sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
banner

Oxşar Xəbərlər