• şənbə, 27 Aprel, 00:32
  • Baku Bakı 14°C

Ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub

24.07.18 11:46 684
Ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub
Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci(meşələri və yaşıllıqları ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə)maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsindəZəngilanrayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
banner

Oxşar Xəbərlər