• cümə axşamı, 28 mart, 16:23
  • Baku Bakı 16°C

Ağabala Ramazanov: "Avropada tanınan bir kluba transfer olmuşam"

07.01.17 09:59 964
Ağabala Ramazanov: "Avropada tanınan bir kluba transfer olmuşam"
Ağdamın "Qarabağ" klubunun yeni transferi Ağabala Ramazanov ötən gün komandanın Antalyada davam edən təlim-məşq topıanışına qoşulub və komandayla ilk məşqinə çıxıb.
"Report" xəbər verir ki, futbolçu kluba keçidi və ilk məşqi haqda "Qarabağ"ın rəsmi saytına açıqlama verib.
"Bura gəlməmişdən öncəQurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var, bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacağam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu milli komanda və həyatda tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq", - deyə o bildirib.
Ağabala Ramazanov mövsümün ikinci hissəsi haqqında da danışıb:
"Mövsümün II yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermək üçün əlimdən gələni edəcəyəm".
Komandanın yeni transferi azarkeşlərin də etimadını doğrultmağa çalışacağını qeyd edib:
"Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacağam".
banner

Oxşar Xəbərlər