• cümə, 29 Mart, 18:29
  • Baku Bakı 14°C

Ağ Evin qərargah rəisi: "Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"

02.08.20 20:57 765
Ağ Evin qərargah rəisi: "Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
"ABŞ prezidenti Donald Tramp prezident seçkilərinin təxirə salınması ehtimalını nəzərdən keçirməyib. Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək”.
APAbildirir ki, bu barədə Ağ Evin qərargah rəisi Mark Meadous bazar günü CBC-ə verdiyi müsahibədə məlumat verib.
O, əlavə edib ki, noyabrın 3-də seçkilər keçiriləcək və prezident Tramp qalib olacaq:
"Müzakirələr yalnız səsvermənin poçt vasitəsilə həyata keçirilməsinə aiddir. Bu, ölkə üçün pis bir fikirdir”.
Mark Meadous bildirib ki, seçkinin bu formatda keçirilməsinə Tramp da qarşıdır:
"Çünki gecikmə olacaq, səlahiyyətli şəxslər hələ bu formatda seçki keçirməyə hazır deyillər”.
Qeyd edək ki, ABŞ-ın 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin edilib.
banner

Oxşar Xəbərlər