• cümə axşamı, 28 mart, 20:08
  • Baku Bakı 13°C

Ağ Evə sianidli məktub göndərilib

18.03.15 06:15 1121
Ağ Evə sianidli məktub göndərilib
Ekspertiza martın 16-da Ağ Evə göndərilən konvertdə sianid olduğunu təsdiqləyib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ xüsusi xidmət orqanlarının nümayəndəsi Brayan Liri açıqlama verib.
Onun sözlərinə görə, ekspertizanın nəticələri təsdiqlənmək üçün digər müəssisəyə göndərilib. Hazırda insident araşdırılır. Məktubu açan Ağ Ev əməkdaşının zərər çəkmədiyi bildirilir.
Konvertin üzərindəki ünvan xüsusi xidmət orqanlarının diqqətini çoxdan çəkmiş bir kişiyə aiddir. Belə ki, o, 1995-ci ildə Ağ Evə nəcislə murdarlanmış konvert göndərib.
banner

Oxşar Xəbərlər