• cümə axşamı, 28 mart, 21:44
  • Baku Bakı 13°C

Ağ evə gəldilər, amma Trampa hədiyyə vermədilər

11.10.17 11:50 2382
Ağ evə gəldilər, amma Trampa hədiyyə vermədilər
Stenli kubokunun qalibi "Pittsburq” ağ evi ziyarət edib.
Kaspi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp xokkeyçiləri isti qarşılayıb. O, bir sıra xokkeyçilərin ünvanına tərif də söyləyib:
"Krosbi "Pittsburq”un yeganə ulduzu deyil. Malkin basketbolçuya oxşayır. Böyük, güclü oğlandır. Onlara görə komandanı "ikibaşlı div” adlandırırdılar. Bu iki xokkeyçi birlikdə 77 qol vurub”.
Ancaq "Pittsburq” ənənəni pozub. Onlar prezidentə forma hədiyyə etməyiblər. Tramp ABŞ-ın 45-ci prezidenti olduğu üçün, ənənəyə görə, ona 45 nömrəli forma hədiyyə edilməliydi.
Tramp bir müddət əvvəl MBA çempionu "Qolden Steyt”i Ağ evdə qəbul etməkdən imtina etmişdi. Bu da ABŞ-ın idman ictimaiyyətinin kəskin narazılığına səbəbə olmuşdu.
banner

Oxşar Xəbərlər