AZE | RUS | ENG |

Ağ Ev: Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib

Ağ Ev: Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib
ABŞ prezidenti Donald Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib və konstitusiyaya uyğun olaraq və ABŞ-ın maraqları çərçivəsində hərkət etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin yaydığı Donald Trampın Konqresin hər iki palatasına göndərdiyi məktubda deyilir.

Sənəddə bildirilir: "2018-ci il aprelin 13-ü təxminən saat 09:00-da ABŞ Silahlı Qüvvələri Fransa və Böyük Britaniya Silahlı Qüvvələri ilə birgə Suriyada hərbi kimyəvi silahların hazırlanması üçün istifadə olunan obyektlərə zərbələr endirib. Hərbi əməliyyatın məqsədi gələcəkdə Suriya ordusunun kimyəvi silahdan istifadə edərək hücum etmə qabiliyyətini azaltmaqdan və Suriya hökümətinin gələcəldə kimyəvi silahdan istifadə etməsinin qarşısını almaqdan ibarət olub.

Mən xarici əməliyyatlar aparmaq üzrə konstitusiya hüquqlarıma uyğun və baş komandan kimi ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin həyati maraqlarını qorumaq üçün hərəkət edirdim.

ABŞ vacib milli maraqlarının irəli sürülməsi üçün zəruri hallarda və məqsədəuyğun olaraq əlavə addımlar atacaq".

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-ü səhər saatlarında Suriyanın kimyəvi silah hazırlandığı ehtimal edilən dövlət obyektlərinə hava zərbələri endirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6946
GBP 1 İngilis funt sterlinqi 2.2390
TRY 1 Türk lirəsi 0.3502
KWD 1 Küveyt dinarı 5.6121
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9817
CHF 1 İsveçrə frankı 1.6960
USD 1 ABŞ dolları 1.7000