• cümə axşamı, 25 aprel, 17:20
  • Baku Bakı 23°C

Ağ Ev: “Tramp Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq”

22.02.17 09:45 753
Ağ Ev: “Tramp Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq”
Donald Tramp terrorla mübarizə və iqtisadi məsələlər üzrə Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.
"Tramp aydın şəkildə bildirdi ki, ABŞ-ın son iki administrasiyasının Rusiya ilə əldə edə bilmədiyi sövdələşməyə nail ola biləcəyi təqdirdə o, bunu edəcəknail ola bilməsə - etməyəcək. Lakin o cəhd edəcək. Onun biznes və danışıqlardakı uğurlarını müsbət əlamət kimi qəbul etmək lazımdır, düşünürəm ki o, bunu etməyə qadirdir”, - deyə Spayser qeyd edib.
"Əgər biz İŞİD-i məğlubiyyətə uğratmaq, terrorla mübarizə, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ümumi mövqelər, maraqlar tapa bilsək, onda biz bunu edəcəyik. Bunun üzərində biz Rusiya ilə işimizi davam etdirəcəyik”, - deyə o əlavə edib.
"Əgər bu ABŞ-ın maraqlarına uyğundursa - Tramp sövdələşməyə nail olacaq”, - deyə mətbuat katibi qeyd edib.
banner

Oxşar Xəbərlər