• cümə, 29 Mart, 01:16
  • Baku Bakı 7°C

Ağ Ev: “Rusiya yenidən ABŞ-da seçkilərə müdaxilə edə bilər”

19.07.18 09:30 334
Ağ Ev: “Rusiya yenidən ABŞ-da seçkilərə müdaxilə edə bilər”
Rusiya ABŞ Konqresinə keçiriləcək seçkilərə müdaxilə edə bilər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
"Əlbəttə, təhlükə qalmaqdadır. Mümkün müdaxilənin qarşısını almaq üçün tədbirlər görülür. Əvvəlki administrasiyalardan fərqli olaraq, prezident Tramp müdaxilənin bir daha baş verməyəcəyinə əmin olmaq üçün qətiyyətli addımlar atır”, deyə S.Sanders qeyd edib.
Qeyd edək ki, 2018-ci ilin noyabrında ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək.
banner

Oxşar Xəbərlər