• cümə, 19 Aprel, 14:23
  • Baku Bakı 25°C

Ağ Ev: Rusiya ilə münasibətlərdə kiberhücumlara ilk olaraq ABŞ başlamayıb

13.01.17 10:15 780
Ağ Ev: Rusiya ilə münasibətlərdə kiberhücumlara ilk olaraq ABŞ başlamayıb
Rusiya ilə münasibətlərdə kiberhücumlarıilk olaraq ABŞ həyata keçirməyib.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının mətbuat katibi Coş Ernest bildirib.
"Ümumilikdə, 2016-cı il seçkiləri kontekstində Rusiyanın hərəkətlərindən danışarkən, ABŞ-ın kiberhücumlara birinci başladığını iddia etmək düzgün olmazdı”, - deyə Ernest qeyd edib.
Onun sözlərinə görə, ABŞ başqa ölkələrlə müqayisədə ən güclü kiber imkanlara malikdir.
Qeyd edək ki, ABŞ prezidentiBarak Obamavə vitse-prezident Co Bayden bundan əvvəl Rusiyanın seçkilərə müdaxilə etməsinə cavab veriləcəyini bildiriblər. Onların sözlərinə görə, cavab tədbirlərinin bir hissəsi məxfi saxlanılacaq.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar.
Rusiya ittihamları əsassız adlandıraraq rədd edir.
banner

Oxşar Xəbərlər