AZE | RUS | ENG |

Ağ ev NASA-nı silkələdi: Agentlikdə mühüm islahatlar başlayıb

Ağ ev NASA-nı silkələdi: Agentlikdə mühüm islahatlar başlayıb
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli Agentliyinin (NASA) 2024-ci ildə Aya yenidən pilotlu missiya göndərmək qərarının müzakirə olunduğu və Prezident Donald Trampdan bununla bağlı dəstək istənildiyi bir vaxtda agentliyin rəhbərliyində ciddi kadr dəyişiklikləri olub.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, ən böyük istefa NASA-nın Aya pilotlu missiya proqramına rəhbərlik edən Bil Gertenmayerin vəzifəsindən ayrılması olub. O, 1977-ci ildən agentlikdə işləyib və 14 il insan ehtiyatları departamentinə rəhbərlik edib. Bundan başqa, may ayında NASA rəhbərinin köməkçisi Mark Sirangelo da tutduğu vəzifədən azad edilib.
NASA-nın rəhbəri Cim Braydenstayn jurnalistlərə bildirib ki, agentlikdə kadr dəyişiklikləri davam edəcək. O əlavə edib: "Bildiyiniz kimi, NASA 2024-cü ildə biri ilk qadın olmaqla, iki nəfərlik missiyanı Aya göndərməyi planlaşdırır. Bu prosesi yüksək səviyyədə həyata keçirmək məqsədilə agentliyin missiya ilə bağlı departamentində ciddi kadr dəyişikliyi etməyə qərar verdim”.
NASA-nın bu vəzifəni icra edəcək yeni departament rəhbəri keçmiş astronavt və İlon Maskın "SpaceX” proqramının vitse-prezidenti Ken Bouersoksdur. Bil Gertenmayer isə NASA rəhbərinin müavini Cim Morhardın köməkçisi olacaq.
Ekspertlər qeyd edirlər ki, Ağ ev NASA-nın fəaliyyətindən, xüsusən Kosmik Uçuşlar Sistemindən məyusluğunu gizlətmir və hesab edir ki, sərf olunan maliyyə vəsaitləri özünü yetərincə doğrultmur. Onların qənaətinə görə, agentlikdə baş verən kadr dəyişiklikləri də bununla bağlıdır. ABŞ-ın vitse-prezidenti Mayk Pens agentlikdən Aya missiya üzrə strukturun yenidən təşkil edilməsini tələb edib. O deyib: "Əgər NASA beş il müddətində Amerika astronavtlarının Ayın səthinə enməsinə nail olmasa, biz missiyanı deyil, bu təşkilatı dəyişəcəyik”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946