• cümə, 19 Aprel, 18:13
  • Baku Bakı 24°C

Ağ Ev koalisiyanın Suriya ordusuna zərbələr endirməsindən təəssüfləndiyini bildirib

18.09.16 09:55 737
Ağ Ev koalisiyanın Suriya ordusuna zərbələr endirməsindən təəssüfləndiyini bildirib
Ağ Ev beynəlxalq koalisiyanınSuriyaordusuna bilməyərəkdən endirdiyi zərbələrin çoxsaylı insan itkisi ilə nəticələndiyinə görə təəssüfləndiyini bildirib.

APA-nın "Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, təəssüf hissinin əks olunduğu məktub Rusiya tərəfi vasitəsilə Suriyaya təqdim olunub.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı beynəlxalq koalisiyaya məxsus aviasiyanınSuriyaordusunun mövqelərinə zərbələr endirməsini etiraf edib.

Beynəlxalq koalisiyanın dördhavazərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb.
banner

Oxşar Xəbərlər