• cümə, 29 Mart, 10:56
  • Baku Bakı 5°C

Ağ Ev bəladan qurtuldu

20.09.14 10:18 1057
Ağ Ev bəladan qurtuldu
Xəbər verdiyimiz kimi ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ evin qərb korpusunda təxliyyə qərarı verilmişdi.
ANS PRESS-in məlumatına görə, təxliyyə iqamətgahının sahəsinə bir nəfər naməlum şəxsin çəpərdən atlanaraq keçməsi və binaya daxil olmaq istəməsi ilə əlaqədar idi.
Hazırda insidentin qarşısı alınıb və asayiş tam olaraq bərpa olunub. Belə ki, binaya daxil olmaq istəyən şəxsin qarşısına silahlı mühafizə xidməti çıxıb və onu yaxalayıblar. Bir saat ərzində təxliyyə barədə verilən həyəcan təbili dayandırılıb və insanlara işlərinin başına dönmək icazəsi verilib- deyə Frans Press öz mənbəsinə əsasən bildirir.
Qeyd edək ki, ABŞ liderinin özü həmin vaxt binada olmayıb. Hadisədən az əvvəl o özünün şəhərkənarı rezidensiyası olan Kemp-Devidə getmişdi. Hazırda baş verən insidentlə bağlı rəsmi heç bir məlumat verilməyib.
Xatırladaq ki ki, bu ilin iyul ayında da hasarın yaxınlığında şübhəli paketin tapılması nəticəsində rəsmi iqamətgahının sakinləri təxliyyə olunmuşdu.
banner

Oxşar Xəbərlər