• çərşənbə axşamı, 16 aprel, 15:47
  • Baku Bakı 19°C

Ağ Ev: ABŞ və Rusiya liderlərinin görüşü hələlik razılaşdırılmayıb

10.06.17 10:20 1447
Ağ Ev: ABŞ və Rusiya liderlərinin görüşü hələlik razılaşdırılmayıb
ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısıVladimir Putinarasında görüşə dair razılıq hələlik əldə olunmayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev yanında ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.
"Hələ ki, belə bir qərar mövcud deyil. Prezidentin Avropa səfərinin qrafiki üzərində işlər davam etdirilir”, deyə Ağ Ev rəsmisi vurğulayıb.
İyulun əvvəlində ABŞ prezidenti əvvəl Polşaya, sonra isə G-20sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.
Bundan əvvəl "Bloomberg” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən Trampın yaxın bir neçə həftə ərzində Rusiya dövlət başçısı ilə görüşməyi planlaşdırdığını bildirib.
banner

Oxşar Xəbərlər