• cümə axşamı, 28 mart, 14:42
  • Baku Bakı 16°C

AÇ-2020: Daha bir loqotipin təqdimat mərasimi keçirilib

19.01.17 15:40 1314
AÇ-2020: Daha bir loqotipin təqdimat mərasimi keçirilib
2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsinin daha bir loqotipinin təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri, Sankt-Peterburq təqdimat mərasimi keçirən sonuncu təşkilatçı olub.
Tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferin, Rusiyanın baş nazirinin müavini Vitali Mutko, şəhərin qubernatoru Georgi Poltavçenko və digər qonaqlar iştirak ediblər.
Bütün loqolarda olduğu kimi, Rusiyanın şimal paytaxtının rəmzində də körpü əks olunub. Neva sahilində bu rəmz Dvortsovski körpüsüdü. Bu, ölkələr və azarkeşlər arasında birliyi əks etdirir.
Qeyd edək ki, Sankt-Peterburq yanaşı, Bakı, Amsterdam, London, Buxarest, Budapeşt, Roma, Münhen, Brüssel, Qlazqo, Kopenhagen, Dublin və Bilbao da AÇ-2020-yə ev sahibliyi edəcək.
banner

Oxşar Xəbərlər