900 mindən artıq seçici Jeenbekova səs verib
Qırğızıstanda prezident seçkilərində 900 mindən artıq seçici Sooronbay Jeenbekova səs verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, seçkilərdə 1,692 milyon insan iştirak edib.
"Son məlumatlara əsasən, 3,025 milyon seçicidən 1,692 milyonu səsvermədə iştirak edib və onlardan 917 mini Jeenbekova səs verib", - məlumatda deyilir.
Seçkilərin ilk turunda qalib gəlmək üçün namizədlər "50 faiz + 1" səs toplamalıdırlar.