AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

9 illik bazadan kolleclərə qəbul qaydaları dəyişib

9 illik bazadan kolleclərə qəbul qaydaları dəyişib

Təfsilat
04 Mart 2021, 19:30 392
Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar imzalayıb. 
Kaspi.az-ın məlumatına görə, qərara əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir.
Qəbul imtahanında abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Bu mərhələdə 2 abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.