• çərşənbə axşamı, 19 mart, 11:10
  • Baku Bakı 8°C

9 ərəb bir neçə saat ərzində İspaniya klublarına keçdi

22.01.18 12:20 639
9 ərəb bir neçə saat ərzində İspaniya klublarına keçdi
Səudiyyə Ərəbistanından olan 9 futbolçu bir neçə saat ərzində İspaniya klublarına keçib.
Kaspi.az xəbər verir ki, futbolçuların hamısı yığma komandaya namizədlərdi. Payızda bu ölkənin federasiyası La Liqa ilə müqavilə bağlamışdı. Müqaviləyə əsasən, yığma komandaya namizədlər yanvar ayından mövsümün sonuna qədər icarə əsasında İspaniya klublarında çıxış etməlidir.
Federasiya bununla DÇ-208-də oynayacaq futbolçuların yüksək formada olmasına çalışır. Səudiyyəli futbolçuları icarə əsasında qəbul edən komandalar arasında "Vilyarreal”, "Leqanes”, "Levante”, "Valyadolid”, "Rayo Valekano”, "Sportinq”, "Numansiya” kimi komandalar var.
banner

Oxşar Xəbərlər