• çərşənbə, 17 Aprel, 01:39
  • Baku Bakı 14°C

88,6 milyon manatlıq tikinti materialı istehsal edilib

12.05.18 10:00 648
88,6 milyon manatlıq tikinti materialı istehsal edilib
Cari ilin ilk 3 ayında Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin yanvar-mart aylarına nisbətən sabit qiymətlərlə 14,8 faiz artaraq 88,6 milyon manat olub.
Bakı Şəhər Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 91,9 faiz, tikinti kərpicinin istehsalı 48,5 faiz, sementin istehsalı isə 23,1 faiz artıb.
banner

Oxşar Xəbərlər