• cümə, 26 Aprel, 08:30
  • Baku Bakı 12°C

808 məzun qəbul imtahanlarında iştirak hüququnu itirib

24.06.13 13:31 1207
808 məzun qəbul imtahanlarında iştirak hüququnu itirib
Rus dili bölməsi abituriyentləri üçün “Azərbaycan dili” imtahanında iştirak etmiş 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan dili” imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər. Beləliklə də, imtahan nəticəsində rus bölməsinin 808 məzunu ali məktəblərə qəbul imtahanlarında iştirak hüququnu itirib.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.
banner

Oxşar Xəbərlər