• şənbə, 20 Aprel, 12:46
  • Baku Bakı 23°C

"800 min nəfərin kredit probleminin birdəfəlik həlli təqdirəlayiq haldır"

07.03.19 12:45 572
"800 min nəfərin kredit probleminin birdəfəlik həlli təqdirəlayiq haldır"
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çox mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Müasir bazar münasibətləri şəraitində çox az ölkədə əhalinin maliyyə-kredit probleminin həlli ilə bağlı belə hüquqi sənəd qəbul olunur və onun icra mexanizmi tətbiq edilir.
BunuAZƏRTAC-a AMEA İqtisadiyyat İnstitutunun maliyyə, pul-kredit siyasət şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Yaşar Məmmədov deyib.
Ekspert bildirib: "2015-ci ildə baş verən devalivasiya prosesləri əhalinin müəyyən qisminin maliyyə vəziyyətinə neqativ təsir göstərməklə onların ödəmə qabiliyyətinin zəifləməsinə, kredit borcu olan insanların kredit öhdəliklərinin kifayət qədər artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı onların məhkəmələr qarşısına çıxmasına səbəb olmuşdu. Belə ki, maliyyə-bank sektorunun baş verən devaliyasiya proseslərindən sonra üzləşdiyi problemlər və itkilər əhalinin müəyyən hissəsinin maddi durumuna ciddi təsir göstərmişdi. Borc məngəsindən qurtara bilməyən insanlar həm maliyyə itkiləri ilə, həm də psixoloji problemlərlə üzləşmişdilər. Vəziyyətin mürəkkəbliyini nəzərə alan ölkə başçısı əhalini və maliyyə-bank sektorunu çətin durumdan qurtarmaq üçün son dərəcə vacib bir sənədə imza atdı”.
Sözügedən fərmanın sosial əhəmiyyətinin kifayət qədər yüksək olduğunu vurğulayan ekspert qeyd edib ki, 800 min nəfərin kredit probleminin birdəfəlik həll edilməsi təqdirəlayiq haldır. Bu fərman xarici valyutada kreditləri olan insanların üzləşdiyi maliyyə itkisinin qarşını almaq və onlara dövlət dəstəyini təmin etmək məqsədi daşıyır. Digər tərəfdən, bu sənəd insanların dövlətçiliyə inamını, dövlətin isə öz vətəndaşlarına olan qayğısını bir daha təsdiqləyir.
"10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək əsas kredit borcu olan fiziki şəxslərin borc məsələsinin həlli və restrukturizasiyası banklarlarla bağlı kifayət qədər maliyyə problemi yaşayan insanların maddi və sosial vəziyyətinin sabitləşdirilməsi baxımından, həqiqətən də, xüsusi əhəmiyyət kəsb edir”, - deyə Y.Məmmədov bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev son bir neçə ildə ciddi problemlər yaşayan bank sektorunun vəziyyətini də yaddan çıxarmadı. Belə ki, mövcud problemin həlli ilə bağlı banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kreditin ayrılması, həm də ölkənin maliyyə bazarlarının sağlamlaşdırılması məqsədi daşıyır. Bununla yanaşı, fərmanda nəzərdə tutulduğu kimi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunan və illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsinin təmin edilməsi bank sektorunun müasir və perspektiv fəaliyyətinin sığortalanmasına xidmət edir.
Ekspert hesab edir ki, fərmanda banklara verilən tövsiyələr onların həm müasir, həm də perspektiv fəaliyyəti baxımından önəmli hesab olunmalıdır. Çünki bank-müştəri münasibətlərinin daha düzgün və məqsədəuyğun şəkildə qurulmasına yönələn bu tövsiyyələr bank sektorunun müştərilərlə münasibətinə beynəlxalq təcrübədə olan prinsiplərlə yanaşmasını ifadə edir: "Fərmanın fəlsəfəsi deməyə əsas verir ki, bankların kredit münasibətləri ilə bağlı fiziki, hüquqi şəxslərlə bağladıqları müqavilələr ciddi şəkildə təhlil və qiymətləndirilməyə söykənməli, hər iki tərəfin tam anlaşıqlı şəkildə baxışlarını ifadə etməlidir. İnsani və dini baxımdan yanaşdıqda deyə bilərik ki, bu fərman borclu insanlarımızın çətin vəziyyətini nəzərə alıb, onların maddi-maliyyə durumunu yaxşılaşdırmaq istiqamətində atılan bir addım kimi xüsusi əhəmiyyət kəsb edir”.
banner

Oxşar Xəbərlər