79 yaşlı xanım azarkeşin faciəli ölümü
Beysbol
komandası "Los-Anceles Dodcers” klubunun xanamı azarkeşi Linde Qoldbl faciəli şəkildə
ölüb.
Kaspi.az xəbər
verir ki, 79 yaşlı xanım fanat doğum günündə (həm də toy günü imiş) sevimli
komandasının oyununu izləmək üçün həyat yoldaşı ilə stadiona gəlib. Ancaq rəqib
komanda "San-Dieqo Padres”in oyunçusunun vurduğu beysbol topu xanımın başına dəyib.
Onu xəstəxanaya
çatdırıblar, həkimlər əməliyyat ediblər. Ancaq 3 gün komada qalan azarkeşin həyatını
xilas etmək mümükn olmayıb.
Hadisə isə ötən
ilin avqustunda baş verib. Bununla bağlı məlumat mətbuata bir neçə gün əvvəl
sızıb.