728 milyon dollar dəyərində məhsul ixrac olunub
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan MDB ölkələrinə 727 milyon 715 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük KomitəsindənAZƏRTAC-a bildirilib ki, bu ötən ilin analoji dövrünə nisbətən 87 milyon 550 min dollar çoxdur. MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 978 milyon 318 min dollardır.