• cümə, 29 Mart, 14:22
  • Baku Bakı 14°C

72 nəfər əlilliyi olan şəxs müalicə müəssisələrinə göndərilib

18.12.18 22:16 487
72 nəfər əlilliyi olan şəxs müalicə müəssisələrinə göndərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib. Onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar.
Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, reabilitasiyasına xidmət edən işlər ildən-ilə güclənir. Fiziki məhdudiyyətli vətəndaşların sanator-kurort yollayışları ilə təminatı da həyata keçirilməkdədir.
Yola salınan şəxslərin 22 nəfəri "Duzdağ” Fizioterapiya mərkəzində, 29 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında, qalan 21 nəfəri isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 gün müddətində müalicə kursu keçəcəklər.
Bu ayın əvvəlindən artıq 117 nəfər əlilliyi olan şəxsin Naxçıvan MR-dəki müalicə müəssisələrində müalicə kursu keçmələri təşkil edilib.
banner

Oxşar Xəbərlər