• cümə, 26 Aprel, 08:54
  • Baku Bakı 12°C

700.az portalından abituriyentlər üçün yenilik

20.05.16 15:54 2430
700.az portalından abituriyentlər üçün yenilik
Yəqin ki, hər kəsin abiturient olduğu illəri yadındadır, necə keçməkeşli və əziyyətli vaxtlar olduğunu çoxlarımız bilirik. Məktəbdən əlavə hazırlıq proqramları, fərdi müəllim hazırlıqları, kurslar və digərləri. Hərəsi də şəhərin müxtəlif nöqtələrində. Valideynlərimizin maddi dəstəyi olmadan, çox pul xərcləmədən tələbə adını qazanmaq çətin olurdu. Bununla yanaşı, yollarda itirdiyimiz enerji və vaxt, evə qayıdanda yorğunluqdan dərs oxumağa enerji ayırmaq çətin olurdu. Ancaq 700.az onlayn hazırlıq portalının qurucuları bütün bu problemlərin həlli barədə düşündülər və ortaya maraqlı startap çıxardılar. Dünyanın müxtəlif - Yaponiya, Böyük Britaniya və s. ölkələrində təhsil alıb vətənə qayıdan savadlı gənclərimiz tərəfindən yaradılan sayt, abiturientlərin və valideynlərin ixtiyarına verildi.
700.az startapının direktoru Tələt Kalayev bizimlə söhbətində bildirdi ki, 700.az portalının abiturientlərə evdən çıxmadan, olduğu yeri tərk etmədən, müxtəlif hava şəraitlərində, nəqliyyat sıxlığında vaxtını və enerjisini itirmədən, günün istənilən saatında ali məktəblərə hazırlaşmaq imkanı yaradır. Onun sözlərinə görə, portal bir abiturientin hazırlaşması üçün bütün imkanları təqdim edir: "700.az onlayn hazırlıq portalı ölkəmizdə ilk dəfə olaraq, Dövlət İmtahan MərkəzininK qəbul imtahanlarına hazırlaşan abiturientlər üçün onlayn şəkildə hazırlaşmağa imkan yaratdı. Fəaliyyətə yeni başlasaq da, unikal layihəmiz geniş kütləyə çatdırılır. Kompyuter, planşet, hətta ağıllı mobil cihazlardan da portalın istifadəsi mümkündür. 700.az saytında qeydiyyatdan keçən abiturient sərbəst şəkildə dərslərə baxır, testləri həll edir və sınaq imtahanlarından keçir. Bu zaman ərzində isə, övladının nə cür hazırlaşdığını görmək istəyən valideyn saytın texniki imkanları vasitəsi ilə, bütün proseslərin nəticlərini statistika şəklində öz e-mailində görə bilər. Valideynlə yanaşı, şagird də nəticəni görür və çatışmayan amilləri aradan qaldırmaq imkanı qazanır”.
T.Kalayev bildirdi ki, 700.az portalında dərslər Azərbaycanın ən təcrübəli müəllimləri ilə birgə hazırlanıb və video dərsliklər şəklində sayta yerləşdirilib: "Dərsi dinlədikdən sonra mövzu daxilində hər hansı sualı yaranan abiturient saytın mesaj xidməti vasitəsi ilə müəllimə mesajla sual ünvanlaya və eyni qayda ilə cavab ala bilər. Həmin mövzuya aid olan testləri həll edən şagird, növbəti mövzuya keçid ala bilir. Beləliklə, abiturient qəbul imtahanlarına sistemli şəkildə, heç bir mövzunu ötürmədən hazırlaşa bilir. Bununla yanaşı, əlavə yüklənmədən azad olan abiturientin dincəlməyə də zamanı qalır. Onu da deyim ki, yaxın gələcəkdə, saytda canlı dərslərin də keçirilməsi nəzərdə tutulur”.
Portal direktorunun sözlərinə görə, abiturientlərlə yanaşı, digər şagirdlər də portalın xidmətlərindən istifadə edə bilərlər: "Xüsusilə 8-10-cu siniflər üçün çox əlverişlidir. 700.az abiturient, şagird və valideynlərin həyatına yenilik gətirir, imtahan stresindən azad edir və hazırlıq prosesini rahatlaşdırır”.
banner

Oxşar Xəbərlər