• cümə, 29 Mart, 03:36
  • Baku Bakı 7°C

700 bal toplayan tələbələr - Foto

23.07.14 09:25 1704
700 bal toplayan tələbələr - Foto
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 20-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən yalnız 2 nəfər maksimal nəticə göstərərək 700 bal toplayıb.
II ixtisas qrupunda 700 bal toplayanlardan biri Qədimbəyli Qoşqardır. O, Bakıdakı "Zəkalar" Liseyinin məzunudur.
Digər 700 bal toplayan abituriyent Samir Rzayev isə Bakı Türk Liseyinin məzunudur.
Qeyd edək ki, iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

banner

Oxşar Xəbərlər