• cümə axşamı, 02 may, 01:55
  • Baku Bakı 15°C

70 il birgə yaşayıb, bir gündə dünyadan getdilər

22.04.14 11:38 1038
70 il birgə yaşayıb, bir gündə dünyadan getdilər
92 yaşlı Xelen Felumli aprelin 12-də, onun əri 91 yaşlı Kennet səhərisi günü ölüb. Hər ikisinin ölümünə qocalıqları səbəb olub. “Biz bilirdik ki, onlardan biri ölən kimi ardınca o biri də gedəcək. Biz də istəyirdik ki, onlar məhz belə ölsünlər”, - cütlüyün qızı Linda Kodi deyib. Bu cütlüyün 8 uşağı, 23 nəvəsi və 43 nəticəsi var.
Xelen və Kennet yeniyetmə yaşında tanış olublar və 1944-cü ildə evləniblər. Xelen evdar qadın olub, əri isə dəmir yolunda işləyib, sonra poçtalyon olub. Felumlilər pensiyaları ilə bütün ştatları avtobusla gəziblər. Dünyalarını dəyişən pensiyaçıların qohumları deyiblər ki, ərlə-arvad həmişə ayaqda olublar, hər gün səhər birgə yemək yeyiblər və demək olar heç vaxt ayrı-ayrı yataqda yatmayıblar. Yalnız Xelen son bir neçə ildə ayağı amputasiya olunan ərinin çarpayısının yanındakı divanda yatıb./modern.az/
banner

Oxşar Xəbərlər