• cümə axşamı, 28 mart, 15:38
  • Baku Bakı 16°C

7 yaşlı azərbaycanlı Macarıstanda qızıl medal qazandı

21.11.17 16:27 1996
7 yaşlı azərbaycanlı Macarıstanda qızıl medal qazandı
Macarıstanın Pecs şəhərində bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda yarışlar keçirilib. Turnirdə iştirak edən həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, turnirin qızıl medalına layiq görülüb.
Turnirdə ev sahibi Macarıstanla yanaşı, 15-dən çox xarici ölkənin, o cümlədən, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Hersoqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak edib.
Mina Abbasova artıq 2-ci ildir ki, Budapeştdə fəaliyyət göstərən Rus Ritmik Gimnastik Sport Klubunda məşğul olur. Klubun rəhbəri Lyubov Aleksandrovna Bernat və məşqçi İnqa Mackuz Minanın gələcəkdə dünya şöhrətli bir gimnast olacağına əmindirlər. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda uğurlu çıxışı ilə yaşıdlarından fərqlənən Mina Abbasova Almaniya, Çexiya, Serbiya və Slovakiyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb. Bu yarışlarda o, valideynlərinin işi ilə bağlı yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu günlərin bir günü qalib olduğu turnirlərdə üç rəngli bayrağımızı dalğalandırmaqdır.
Qeyd edək ki, Mina Abbasova bu il dekabr ayının 9-da Budapeştdə keçiriləcək XIII Beynəlxalq "Mikulas” yarışında, dekabr ayının 16-da isə Lüksemburqda VI dəfə düzənlənəcək "Lüksemburq Kuboku-2017” Beynəlxalq turnirində iştirak edəcək.

banner

Oxşar Xəbərlər