• çərşənbə, 17 Aprel, 01:30
  • Baku Bakı 14°C

68 aptek yoxlanılıb

11.06.13 14:37 2309
68 aptek yoxlanılıb
Bu ilin I rübü ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə reydlər keçirilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib.
Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən birgə reydlər ümumilikdə 68 apteki əhatə edib.
Reydlər zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 1 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb. Reydlər zamanı həmçinin yararlıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib.
banner

Oxşar Xəbərlər