• cümə, 29 Mart, 09:30
  • Baku Bakı 5°C

6 yaşlı oğlan bacısını qorudu, WBC çempion elan etdi

17.07.20 14:15 828
6 yaşlı oğlan bacısını qorudu, WBC çempion elan etdi
ABŞ-da 6 yaşlı Bricer Uoker kiçik bacısını itin hücumundan qoruyub.
Kaspi.az xəbər verir ki, Uoker itin bacısına tərəf qaçdığını görərək, onu bədəni ilə örtüb. İt oğlanı bir neçə yerdən dişləsə də, o, müqavimət göstərərək bacısını təhlükəsiz yerə çatdıra bilib.
Həkimlər 6 yaşlı uşağın bədəninə 90 tikiş atıblar. O, sonradan belə deyib: "Fikirləşdim ki, itin hücumu zamanı kimsə ölməlidirsə, bu, mən olmalıyam”.
Bu hadisə barədə məlumat sosial şəbəkədə böyük diqqət çəkib. Ünlü aktyorlar, idmançılar Uokerə yazıblar. Aktyor Kris Evans ona qalxan göndərib və belə yazıb: "Dostum, sən qəhrəmansan. Sənin kimi böyük qardaşı olduğu üçün bacın çox şanslıdır. Yəqin ki, valideynlərin səninlə qürur duyurlar”.
Ümumdünya Boks Şurası (WBC) isə Briceri fəxri çempion elan edib.
banner

Oxşar Xəbərlər