• şənbə, 20 Aprel, 14:15
  • Baku Bakı 23°C

"6 yaşı tamam olan uşaqların I sinfə qəbulu müəyyən məktəblərdə az sayda sıxlıqla nəticələnə bilər"

09.07.18 13:45 544
"6 yaşı tamam olan uşaqların I sinfə qəbulu müəyyən məktəblərdə az sayda sıxlıqla nəticələnə bilər"
"Bu gün ölkə üzrə müəyyən məktəblərdə, xüsusən Bakının 32 məktəbində şagird sıxlığı müşahidə olunur".
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, "Təhsil haqqında" qanuna edilmiş dəyişiklik təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların təhsil hüququnu tanıyır: "6 yaşı tamam olacaq uşaqlar üçün lazımi şəraiti yaratmaq borcumuzdur. Təbii ki, bu, müəyyən ərazilərdə az sayda sıxlıqla nəticələnə bilər. Ötən dərs ilində elə məktəblər var ki, ora ərazi prinsipi tətbiq olunmadı. Sıxlıq müşahidə edilən məktəblərdə uşaqlar ilk növbədə ərazi prinsipi üzrə qəbul olunacaq. Növbəti dərs ilində bu məsələ ciddi diqqət mərkəzində olacaq".
M. Vəliyeva qeyd edib ki, məktəbəhazırlıq qrupları ilə bağlı ərazi prinsipi daha geniş şəkildə tətbiq ediləcək.
banner

Oxşar Xəbərlər