• çərşənbə axşamı, 23 aprel, 11:21
  • Baku Bakı 20°C

6 klub ona görə “Çelsi”yə müraciət etdi

07.06.17 15:45 1148
6 klub ona görə “Çelsi”yə müraciət etdi
"Çelsi”nin hücumçusu Bertran Traore bir neçə klubun maraq dairəsinə düşüb.
Kaspi.az xəbər verir ki, hücumçunu transfer etmək üçün birdən birə 6 klub "Çelsi”yə müraciət edib. 21 yaşlı futbolçunun xidmətində "Vest Hem”, "Everton”, "Lion”, "Lill”, Münhenqladbax "Borussiya”sı və "Şalke” maraqlıdır.
London klubu müraciətlərə cavab verməkdə hələ ki, tələsmir. Traore ötən mövsümü icarə əsasında "Ayaks”da keçirib. O, Hollandiya çempionatında 24 oyun keçirib, 9 qol vurub. Hücumçu Avropa Liqasında keçirdiyi 13 oyunda, 4 qol vurub, 4 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər