• cümə, 29 Mart, 10:59
  • Baku Bakı 5°C

6-cı sinfin bütün dərsliklərində ciddi qüsurlar var - TQDK

11.04.14 08:58 1793
6-cı sinfin bütün dərsliklərində ciddi qüsurlar var - TQDK
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 6-cı sinif dərslik komplektlərinin elmi-metodiki monitorinqi nəticəsində bütün dərsliklərdə qüsur və iradlar aşkarlayıb.
TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva APA-ya açıqlamasında deyib ki, 6-cı sinif dərsliklərinin monitorinq müəyyən meyarlar əsasında aparılıb. Onun sözlərinə görə, monitorinq məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların elmi-metodik uyğunluğu, müəllim üçün metodik vəsaitin məzmunun işlənməsi baxımından həyata keçirilib. A.Batıyeva qeyd edib ki, bütün dərsliklərdə xeyli ciddi qüsurlar var: “Ancaq burada bir məsələ var ki, ötən il V sinif dərslikləri çox ciddi yoxlanılmışdı. VI sinif dərsliklərinin “Riyaziyyat”dan başqa müəllifləri həmin müəlliflərdir. Həmin müəlliflər də ötən il olanlardan nəticə çıxarıblar və VI sinif dərslikləri V siniflərə nisbətən xeyli düzəlib. Müəlliflər ötən il söylənilən irad və təklifləri nəzərə alaraq daha yaxşı dərsliklər işləyib”.
A.Batıyeva qeyd edib ki, bütün bunlara baxmayaraq, 6-cı sinif dərslik komplektlərində də qüsurlar aşkarlanıb: “Qüsur və iradlar bütün dərsliklərdə var. Lakin nisbətən daha artıq qüsur və iradlar “Ədəbiyyat”, “Həyat bilgisi”, “Riyaziyyat” dərsliyində qeydə alınıb. Bu qüsur və iradların təkmilləşməsi yekun rəydə göstərilib və Təhsil Nazirliyinə təqdim edilib. Rəylərə əsasən tövsiyə olunur ki, bu iradlar və qüsurlar aradan qaldırılsın”.
banner

Oxşar Xəbərlər