• çərşənbə axşamı, 23 aprel, 10:03
  • Baku Bakı 20°C

6 ayda əhali 7 mlrd. manatlıq ərzaq alıb

15.07.16 16:39 1147
6 ayda əhali 7 mlrd. manatlıq ərzaq alıb
2016-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13 mlrd. 804,4 mln. manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 3 mlrd. 387,4 mln. manatlıq ödənişli xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,2% artıb, ticarət şəbəkəsində 6 mlrd. 790,6 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 mlrd. 13,8 mln. manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 117,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 121,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

2016-cı ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,2%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2016-cı ilin yanvar-iyun aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 7 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1% çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 0,3% üstələyərək 6,8 mln. manata bərabər olub.
banner

Oxşar Xəbərlər