• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

“5G-yə doğru”

06.12.17 20:48 3271
“5G-yə doğru”
Hər ilin sonunda regionun və dünyanın ən son texnoloji yeniliklərinin BAKI EKSPO mərkəzində keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təqdim olunması artıq ənənəyə çevrilib. "Bakutel 2017” çərçivəsində mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini isə ziyarətçilər Bakcellin stendində izləyə bilərlər. Belə ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkətinin stendi ən qabaqcıl və müasir texnologiyaların nümayişi ilə ilk baxışdan ziyarətçilərin diqqətini cəlb edir. Şirkət Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı və 4.5G Pro ilə 1 Gb/saniyəyədək rekord sürəti nümayiş etdirir. "BakuTel 2017” sərgisində Bakcell stendinin ziyarətçiləri "Robot Automation Latency” nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanına malikdirlər. Texnoloji innovasiyalar sahəsində liderliyi ilə məşhur olan şirkətin stendində "Nokia” şirkəti ilə birgə quraşdırılmış "5G-yə doğru” adlı guşədə ziyarətçilər ən yeni 4.5G Pro texnologiyasını öz gözləri ilə görə və hətta ilkin LTE texnologiyasından 10 dəfə daha yüksək olan sürəti müşahidə edə bilirlər.
Bakcell və "Nokia” şirkətlərinin birgə təqdim etdiyi bu nümayişdə 1 Gb/saniyəyədək fantastik sürət sərgilənir. Ultra-yüksək sürətli, genişzolaqlı mobil rabitə xidmətlərinə olan tələbatda eksponensial artımı, habelə böyük həcmlərdə məlumat mübadiləsini tələb edən tətbiqlərdən istifadənin yüksək templərlə artdığını nəzərə alaraq, Bakcell şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşlarını və dünya bazarında mövcud olan ən son texnologiyaların tətbiq edilməsini davam etdirir. Belə ki, gələcək istifadəçilərin böyük data həcmlərini emal etməyə gücü çatan daha yüksək tutumlu və buraxılış qabiliyyətli şəbəkəyə ehtiyacı olacaq. Buna görə də, innovasiyalar sahəsində lider mövqeyini qoruyub saxlamaq üçün şirkət indidən əmin olmaq istəyir ki, bazarda bu cür texnologiyalara tələbat yarandığı zaman, Bakcellin şəbəkəsi 4.5G Pro və hətta 5G texnologiyasını dəstəkləməyə hazır olsun. 5G-yə hazırlığın nümayişində gələcəkdə bütün proseslərin avtomatlaşdırılması ilə yanaşı sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılır.
Bakcellşirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəriSüheylə Cəfərovajurnalistlərə və ziyarətçilərə məlumat verərək şirkətin sərgidə bir neçə yeniliklə çıxış etdiyini qeyd etdi. Belə ki, şirkət istifadəçilərə yaxşı tanış olan "AppLab”, "Ulduzum” kimi uğurlu layihələri də nümayiş etdirir: "Şirkət üçün sərginin özəl xüsusiyyəti Azərbaycanda və BakuTel sərgisində ilk dəfə Bakcellin stendində 4.5G Pro texnologiyası və 5G texnologiyasına hazırlığın nümayiş etdirilməsidir. Bu stend "Nokia” şirkəti ilə tərəfdaşlıq şəraitində yaradılıb. Stenddə robotlar və digər məhsullar vasitəsi ilə 4G texnologiyası ilə 5G texnologiyası arasındakı fərqi hiss edə biləcəksiniz”.
Bakcellin texnologiya şöbəsinin müdiri Samir Məhəmmədov 4G və 5G texnologiyaları arasında ötürmə tezliyinin fərqini izah edərək 4.5G şəbəkəsinin üstünlüklərindən danışdı: "Hazırda bu texnologiyanı dəstəkləyən avadanlıqların azlığından, şəbəkə istifadəçilərin ixtiyarına verilməyib. Bakcell şəbəkəsi 4.5G şəbəkəsinə keçməyə hazırdır. 5G şəbəkəsi isə 2020-ci ildən sonra hazır olacaq və istifadəyə veriləcək”. S.Məhəmmədov hazırda 100-dən artıq ölkədə testlər getdiyini qeyd edərək, Azərbaycanın da dünya ölkələri ilə bir sırada 2020-ci ildən sonra bu şəbəkəyə qoşula biləcəyini bildirdi: "Hazırda Bakcelldə "Nokia” avadanlıqları 4.5G şəbəkəsinə tam hazırdır, 5G şəbəkəsinə isə hazırlıqlar gedir”. "Nokia” şirkətinin təmsilçisi Samir Güləliyev Bakcellə əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bundan sonra da yeni texnologiyaların inkişafı sahəsində birgə işləyəcəklərini bildirdi.
Stendi ziyarət edənlər 1 Gb/saniyəyədək inanılmaz internet sürətini müşahidə etməklə, robot şousunu izlədilər.
Bakcell şirkəti "BakuTel 2017” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə, mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə, unudulmaz təəssüratlar əldə etməyə dəvət edir.



banner

Oxşar Xəbərlər