• çərşənbə, 17 Aprel, 00:29
  • Baku Bakı 14°C

560 nurçu polis orqanlarından uzaqlaşdırıldı

07.01.14 08:22 1057
560 nurçu polis orqanlarından uzaqlaşdırıldı
Türkiyə hökuməti ötən ilin 17 dekabrında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis təşkilatını nurçu və nurçulara yaxın polislərdən təmizləməyə başlayıb
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, yanvarın 7-nə keçən gecə Ankara Əmniyyət Müdirliyində (polis idarəsi) 560 polis müdiri və məmuru vəzifələrindən çıxarılaraq başqa yerlərə - passiv vəzifələrə təyin olunub. Onların arasında hökumətin Gəzi parkı olaylarından sonra mükafatlandırdığı əmniyyət müdirinin müavini Mahmud Azmaz da var.
Qeyd edək ki, daxili işlər naziri vəzifəsinə təyin olunan Əfqan Alanın qarşısına qoyulan əsas vəzifə nurçuların dövlət içərisində qurduğu bildirilən “paralel dövlət”in çökdürülməsidir. İlk olaraq paytaxt Ankaranın polis təşkilatını yeniləyən Ə. Ala “təmizləmə” əməliyyatını davam etdirir.
Xatırladaq ki, Ərdoğan hökuməti 17 dekabr əməliyyatını dövlət orqanları içərisində mövqe tutmuş nurçuların hökuməti devirmə cəhdi kimi qiymətləndirir.
banner

Oxşar Xəbərlər