• cümə axşamı, 25 aprel, 14:50
  • Baku Bakı 23°C

55 milyona getmişdi, 50 milyona qayıtdı

01.07.20 13:00 853
55 milyona getmişdi, 50 milyona qayıtdı
Leroy Saneni artıq "Bavariya”nın futbolçusu hesab etmək olar.
Kaspi.az xəbər verir ki, Almaniya yığmasının üzvü Munxen nəhəngi ilə 5 illik müqavilə imzalayıb. "Bavariya” onun transferinə görə "Mançester Siti”yə 50 milyon avro ödəyib.
24 yaşlı futbolçunun illik məvacibinin 20 milyon avroya yaxın olacağı bildirilir. O da bildirilir ki, "Siti” futbolçunu "Real”la keçiriləcək ÇL-in 1/8 finalının cavab qarşılaşmasında meydana buraxmayacaq.
Gözlənilir ki, "Siti”nin məşqçilər korpusu futbolçunu ÇL-in Lissabonda keçiriləcək son mərhələsinə də aparmayacaq və onu avqustda "Bavariya”ya buraxacaqlar.
İngiltərə Superkubokunda zədələnən Sane, demək olar ki, cari mövsümü buraxmalı oldu. O, iyunun 22-də "Bernli” ilə keçirilən qarşılaşmada meydana qayıtdı.
O, "Siti”də son 4 mövsüm ərzində çıxış edib. 2016-cı ildə "Şalke”dən İngiltərəyə 55 milyon avroya transfer olunub və Almaniya futbol tarixinin ən bahalı futbolçusu statusu alıb.
banner

Oxşar Xəbərlər