• cümə, 26 Aprel, 09:15
  • Baku Bakı 12°C

"525-ci qəzet" 26 yaşını qeyd edir

17.11.18 12:15 533
"525-ci qəzet" 26 yaşını qeyd edir
Bu gün müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan "525-ci qəzet"in yaranmasının 26-cı ildönümüdür.
Trend-in məlumatına görə, 1992-ci il noyabrın 17-də qeydiyyatdan keçmiş qəzetlərin siyahısında 525-ci olan nəşr bu ad altında fəaliyyətə başlayıb. Hazırda isə "525-ci qəzet"in adı ilk sıralarda çəkilir.
Vaxtilə karyeralarına "525-ci qəzet"də başlayanlar indi bir çox aparıcı qurumlarda çalışırlar.
"525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir.
Trend İnformasiya Agentliyinin kollektivi "525-ci qəzet"in yaranmasının 26-cı ildönümü münasibətilə həmkarlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır.
banner

Oxşar Xəbərlər