• cümə, 29 Mart, 08:55
  • Baku Bakı 5°C

“525-ci qəzet” 22 yaşını qeyd edir

17.11.14 12:16 1129
“525-ci qəzet” 22 yaşını qeyd edir
Müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan “525-ci qəzet”in yaranmasından 22 ol ötür.
APA-nın xəbərinə görə, qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb. “525-ci qəzet” 22 illik fəaliyyəti dövründə siyasi cəbhələşmədən yayınaraq, ümummilli qəzetə çevrilməyi bacarıb.
“525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir.
Qəzetin adının seçilməsi də maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.
1996-cı ilə kimi həftəlik nəşr olunan qəzet 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Gündəlik 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində çap olunur.
banner

Oxşar Xəbərlər