• cümə axşamı, 28 mart, 14:02
  • Baku Bakı 16°C

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24.02.20 15:21 1050
51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, ötən dövrdə bu e-sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib. Onlardan 17800-nə e-qaydada pensiya, 33200-nə isə müavinət və təqaüd təyin edilib.
Beləliklə, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.
Yaradılmış e-təyinat sistemləri il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsinə imkan verir.
banner

Oxşar Xəbərlər