• cümə, 29 Mart, 10:49
  • Baku Bakı 5°C

500 milyon ağ saç qazanıb - Klopp

02.05.17 13:05 991
500 milyon ağ saç qazanıb - Klopp
"Liverpul”un baş məşqçisi Yurgen Klopp "Uotford”la oyundan sonra (1:0) fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində "Uotford” yüzfaizli qol şansını əldən verib. "Uotford”un müdafiəçisi Sebastyan Pryödlün zərbəsi qapı çatına tuş gəlib. Klopp bu məqamı nəzərə alaraq, qarşılaşmada həyəcanlı anlar yaşadığını deyib:
"Oyundan sonra futbolçularıma dedim ki, uşaqlar, siz məni öldürmək istəyirdiniz. Onlar demək olar ki, bunu etdilər. Təsəvvür edirsiniz, mən bu qarşılaşmada 500 milyon ağ saç qazandım.
Qəribə situasiya yaranmışdı. Biz müdafiədə oturmuşuq, amma rəqibin 3 futbolçusu bizim qapı dirəyini yanında idi. Nə demək olar? 97 dəqiqə mübarizə apardıq. Bir səhv buraxdıq, sadəcə, bəxtimiz gətirdi ki, qol olmadı”.
banner

Oxşar Xəbərlər