500-dən çox azərbaycanlı polis bölmələrinə aparılıb

500-dən çox azərbaycanlı polis bölmələrinə aparılıb

Təfsilat
03 Aprel 2013, 13:44 1221
Bu gün səhər saatlarında 200-dən çox OMON-çu Moskvanın “Pokrov” bazarına hücum edib. OMON-çular bazara 10 avtobusla gəliblər. Moskvada yaşayan həmyerlimiz Teymur Hüseynovun Lent.az-a bildirdiyinə görə, polislər bazarda çalışan azərbaycanlıları döyərək oradan qovublar.

“Hazırda bazar bağlıdır və heç kəs buraxılmır. OMON-çular hadisə yerinə gedən “Millətin səsi” qəzetinin iki əməkdaşını saxlayıb. Onları naməlum istiqamətə aparıblar”.

Teymur Hüseynovun dediyinə görə, hazırda bazarın rəhbərliyi yerli adminstrasiya ilə danışıqlar aparır. Hücumun səbəbi bilinmir. Bazardan Moskvanın Birilyovo rayon Polis İdarəsinin bölmələrinə 500-dən çox soydaşımızı aparıblar. OMON-çuların “Pokrov” bazarına hücumundan sonra Federal Miqrasiya Xidmətinin əməkdaşları bazarda total yoxlamalara başlayıb.

Qeyd edək ki, adıgedən bazarda 5000-dən çox soydaşımız işləyir.