50 min kitabın adını əzbər bilən adam – Keçmişdəki mən
Ona görə hər yaşda
oxumaq, öyrənmək vacibdir. O özü də hərfləri tanıyandan indiyə qədər marağını çəkən,
ehtiyacı olan hər kitabı oxumağa çalışıb. Bu maraq onda uşaq yaşlarından
formalaşıb və o istək sayəsində də hazırda evində 50 min kitabdan ibarət şəxsi
kitabxanası var.
Müsahibimiz tanınmış ədəbiyyatşünas, dramaturq, astroloq, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur.
İkinci dünya müharibəsi qurtarandan 9 il sonra – 1954-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Yaddaşı gözəl olduğu üçün hətta iki yaşında olan bəzi hadisələri də xatırlayır. Ümumiyyətlə isə uşaqlığının gözəl keçdiyini deyir: "Uşaqlıq yox, çocuqluq deyək. Çünki uşaqlıq sözü bir az anatomik termindir. Mənim çocuqluq zamanım həmyaşıdlarım ilə birgə çox maraqlı keçib. İndiki zamanla müqayisədə o dövrdə iqtisadi imkanlarımız o qədər də geniş olmasa da, insanlar həddindən artıq bir-biriylə səmimi idi. Bir-birinin evinə qonaq getmədikləri həftə olmazdı. Hər həftə biz də qonaq gedirdik, bizə də qonaq gəlirdi. Bazar günləri bizim evdə vur-çatlasın olurdu. İnsan nə qədər bir-biri ilə ünsiyyətdə olsa, o qədər də öz adını doğruldar. Çünki insan sözünün mənası "ünsiyyət saxlayan” deməkdir. Düzdür, 54-cü il yadıma gəlmir (gülür), amma Səməd Vurğunun dəfni – 1956-cı il yadıma gəlir. Mənim iki yaşım varıydı. Atam da hündürboylu olduğu üçün məni qaldırıb qoydu boynunun arxasına və mən Səməd Vurğunun necə dəfn olunduğunu gördüm. Ondan sonrakılar da yadımdadır, yaddaşım çox yaxşıdır”.
"…bir arzuma çatdım, Azərbaycan müstəqil oldu”
9-cu sinifdə oxuyanda 20 dost bir yerə yığışıb sovet hökumətini yıxmaq üçün təşkilat yaradırlar. Son onilliklərdəki proseslər də onların istəyinə uyğun gedir. Çünki həmin iştirakçılar sovetin yıxılmasında iştirak edirlər: "Hər şey bizim istəyimizlə uyğun gəldi və zaman elə gətirdi ki, arzumuz yerinə yetdi. O ərəfədə xalq hərəkatının genişlənməsində bizim də xeyli zəhmətimiz oldu, hamımız iştirak elədik. İnsanların sümükləri üzərində qurulan bu dinsiz hökuməti devirmək üçün Leninin yolunu, konspiransiya üsullarını öyrənirdik. Mən indi bir yandan sovet hökumətini tərəfləyirəm, bir yandan da pisləyirəm. Pisdi ona görə ki, dinsiz idi. Amma yaxşı tərəfləri də varıydı. O vaxt dövlətlilər özlərini dövlətli kimi harın göstərə bilmirdi və çalışırdılar ki, kasıba həmtay olsunlar. Çünki vahid cəmiyyət idik. Kitablar çox ucuz, demək olar ki, havayı idi. Hamı kitab oxuya, ali təhsil ala bilirdi. Həkimlər də insaflı idilər. Lazımsız dərmanları onu öldürsəydin də xəstəsinə yazmazdı. Amma indi tamam başqa cürdür.
O vaxt Azərbaycan coğrafiyası dərsliyinin müəllifi olan, professor Gül vardı. Deyirdi ki, Azərbaycan neftinin bir tonuna görə büdcəmizə 1 qəpik keçirirlər. Ondansa, gəlin neft quyularımızı bağlayaq, gələcək üçün saxlayaq, mineral sularımızı çıxarıb, satışa verək. Bu zaman bir litr sudan 10 qəpik qazancımız olacaq, respublikamız 9 qəpik uduşda olacaq. Bu cümləyə görə də o böyük vətənpərvəri gözümçıxdıya saldılar. Biz bunları oxuyurduq və Azərbaycanın təəssübünü çəkirdik ki, sovet dövlətinin tərkibində Azərbaycan özünü göstərə bilmir, gəlin, müstəqilliyimizə görə çalışaq. Bir qrup dost bu istiqamətdə 9-cu sinifdə oxuyandan çalışırdıq. Bu əlaqələrimiz axıradək davam etdi. Tələbə olanda bizi hamının "tük tökdüyü” idarəyə çağırıb qulaqburması verdilər... Daxili qürurla özümə gözaydınlığı verirəm ki, bir arzuma çatdım, Azərbaycan müstəqil oldu. Düzdür, daha yaxşı olmasını arzu edirdik”.

"7 nəfər 7 kv metrdə yaşayırdıq”
Uşaqlıq illərindən onun
yadından heç vaxt çıxmayanlar atasının tərbiyə üsullarıdır. O üsulları indiyə qədər
də örnək olaraq götürür: "Onun insanlarla münasibətdə çox zərif üsuları vari
idi. Özüm də çalışıram ki, onlardan istifadə edim. Çox həssas adam idi. Bəlkə də
20 il sonranı əvvəldən görürdü. Bilirdi ki, nə etsə, bu uşaqlar hansı mərtəbəyə
gəlib çata bilər”.
O, Dağlı
məhəlləsində böyüyüb. Uşaqlığı da orda keçib. Amma 25 may 1968-ci ildə güclü
yağış bir çox Bakı sakinləri kimi, onların evini də yaşanmayacaq vəziyyətə gətirir: "O qədər yağış oldu ki, sel-su az qaldı Bakını yuyub
aparsın. Balaca evlər bundan daha çox əziyyət çəkmişdi. O cümlədən də bizim evə
xəsarət dəymişdi. Ərizə ilə müraciət edənlərə ev verirdilər. Bizim ev də xırda
olduğu üçün bizə bir otağı da əlavə verdilər. Biz beş uşaq idik, valideynlərimizlə
birgə 7 nəfər 7 kv metrdə yaşayırdıq. Heç kim inanmırdı ki, bu qədər adam burda
yaşaya bilər?! O otağı iki yerə bölmüşdük. Biri yataq otağı idi, o biri isə mətbəx.
Komissiya üzvləri inana bilmirdilər ki, 7 nəfər böyük adam bu evdə yaşaya bilər.
O vaxt mən 10-cu sinifdə oxuyurdum. Əvvəl bizə 4 otaq nəzərdə tutmuşdular,
sonra dedilər ki, bir otağı da biz sizə hədiyyə edirik, bu qədər əziyyət çəkmisiniz.
68-ci ildə Əhmədliyə beş otaqlı evə köçdük”."…bir arzuma çatdım, Azərbaycan müstəqil oldu”
9-cu sinifdə oxuyanda 20 dost bir yerə yığışıb sovet hökumətini yıxmaq üçün təşkilat yaradırlar. Son onilliklərdəki proseslər də onların istəyinə uyğun gedir. Çünki həmin iştirakçılar sovetin yıxılmasında iştirak edirlər: "Hər şey bizim istəyimizlə uyğun gəldi və zaman elə gətirdi ki, arzumuz yerinə yetdi. O ərəfədə xalq hərəkatının genişlənməsində bizim də xeyli zəhmətimiz oldu, hamımız iştirak elədik. İnsanların sümükləri üzərində qurulan bu dinsiz hökuməti devirmək üçün Leninin yolunu, konspiransiya üsullarını öyrənirdik. Mən indi bir yandan sovet hökumətini tərəfləyirəm, bir yandan da pisləyirəm. Pisdi ona görə ki, dinsiz idi. Amma yaxşı tərəfləri də varıydı. O vaxt dövlətlilər özlərini dövlətli kimi harın göstərə bilmirdi və çalışırdılar ki, kasıba həmtay olsunlar. Çünki vahid cəmiyyət idik. Kitablar çox ucuz, demək olar ki, havayı idi. Hamı kitab oxuya, ali təhsil ala bilirdi. Həkimlər də insaflı idilər. Lazımsız dərmanları onu öldürsəydin də xəstəsinə yazmazdı. Amma indi tamam başqa cürdür.
O vaxt Azərbaycan coğrafiyası dərsliyinin müəllifi olan, professor Gül vardı. Deyirdi ki, Azərbaycan neftinin bir tonuna görə büdcəmizə 1 qəpik keçirirlər. Ondansa, gəlin neft quyularımızı bağlayaq, gələcək üçün saxlayaq, mineral sularımızı çıxarıb, satışa verək. Bu zaman bir litr sudan 10 qəpik qazancımız olacaq, respublikamız 9 qəpik uduşda olacaq. Bu cümləyə görə də o böyük vətənpərvəri gözümçıxdıya saldılar. Biz bunları oxuyurduq və Azərbaycanın təəssübünü çəkirdik ki, sovet dövlətinin tərkibində Azərbaycan özünü göstərə bilmir, gəlin, müstəqilliyimizə görə çalışaq. Bir qrup dost bu istiqamətdə 9-cu sinifdə oxuyandan çalışırdıq. Bu əlaqələrimiz axıradək davam etdi. Tələbə olanda bizi hamının "tük tökdüyü” idarəyə çağırıb qulaqburması verdilər... Daxili qürurla özümə gözaydınlığı verirəm ki, bir arzuma çatdım, Azərbaycan müstəqil oldu. Düzdür, daha yaxşı olmasını arzu edirdik”.
"Məcburən
donuz əti də yemişik”
Orta məktəbi bitirəndən sonra 6 saylı texniki-peşə məktəbinə daxil
olur. Dördüncü dərəcəli radiomontajçı ıxtisasına yiyələnir. Bu ən
böyük dərəcə hesab olunurdu. Çünki ondan sonra usta dərəcəsi gəlir. Peşə məktəbini bitirəndən sonra onu Əhmədlidə evlərinə
yaxın ərazidə yerləşən Radiozavoda işə göndərirlər. Məktəbi fərqlənmə ilə
bitirdiyinə görə onu ən gəlirli sexə nizamlayıcı işinə göndərirlər. Sexdə
yüksək maaş alan 5 işçidən biri olur. Amma işə təzə başladığı vaxtlarda
saçlarınını tökülməyə başladığını görür. İş yoldaşları buna gün ərzində
qulaqcıqla işləməyin səbəb olduğunu deyirlər. Maaş çox olsa da, 18 yaşında
keçəl qalmaq istəmədiyi üçün az maaş olan sexə keçir. Bir il sonra isə Azərbaycan
Dövlət Pedaqoji Universitetinə, di və ədəbiyyat fakültəsinə daxil olur. Oranı
bitirdikdən sonra 9 ay Qubanın Qonaqkənd qəsəbəsində müəllim işləyir. Sonra
əsgərlik həyatı başlayır. İlyarım əsgərliyi Uzaq Şərqdə - Primorski vilayətində
keçirir: "Həmin ərazinin bir tərəfi Yaponiya, o biri tərəfi Çin. Orda Azərbaycan
musiqilərinə həsrət idik. Ayda bir dəfə «Mayak» radiosu ilə bir Azərbaycan
musiqisi verirdilər. O da Rəşid Behbudovun 1946-cı ildə yazılmış bir mahnısı
idi. Özü də Azərbaycan mahnısını rusca oxuyurdu. Amma mən o mahnıya nəfəsimi
içimdə sıxıb gözümü qırpmadan qulaq asırdım. Əsgərlikdə olanda poçtda
işləyirdim, həm də dviziyanın rəssamı idim. Ona görə, sərbəstliyim bir az çox
idi. Bizim ailə mömin, milli adət-ənənələrə, dəyərlərimizə bağlı ailədir. Amma
məcburən donuz əti də yemişəm. İslam qaydasında belədir ki, ölüm təhdidi
qarşısındasansa, haram buyrulan qidaları yeyə bilərsən. Təbii ki, sonra heç
vaxt yemədim”.
"5-10 dəqiqə gec gəlsəydim...”
Aspiranturaya
qəbul olmağının isə maraqlı tarixçəsi var: "84-cü ildə br tələbə yoldaşımla
küçədə rastlaşanda dedim ki, neynirsən? Dedi ki, Ədəbiyyat İnstitutunda
işləyirəm. Dedim ki, Moskvada? Dedi, yox, Bakıda. Dedim ki, Bakıda Ədəbiyyat İnstitutu
var? "Niyə yoxdur, Elmlər Akademiyasında, mən müdafiə də etmişəm” - dedi. Gülümsüyərək
qayıtdım ki, yəqin tanışlıqla girmisən. Sözüm acığına gəldi. Ciddi dedi ki, sən
mənə paxıllıq edirsən! Əgər sənin doğrudan da gücün, elmin varsa, sənədlərini
düzəlt ver aspiranturaya. Hazırda qəbul var. Bu sözü yeyə bilməzdim. Həmin gün
sənəd qəbulunun bitməsinə bir həftə qalmışdı. Sənədləri birtəhər yığıb, taksi
ilə tələsik təqdim etməyə gəldim. Mən çatanda sənəd qəbul edən qapını bağlayıb
gedirdi. Özü də cümə günü idi. Şənbə-bazar işləmir, birinci gün də imtahan idi.
Dedi ki, gecikmisən. Dedim ki, siz də burdasız, mən də. Baxdı üzümə, dedi ki,
bəlkə girəcəksən, bilmək olmaz. Qapını açıb, sənədlərimi qəbul etdi. 5-10
dəqiqə gec gəlsəydim, orada heç kimi görməyəcəkdim. Bu da Allahın işidir... Elə
oldu ki, mən qəbul olundum. Həmin dostuma da dəfələrlə deyirəm ki, Allah sənin
canını sağ eləsin. O sözü mənə deməsəydi, mən bura girə bilməyəcəkdim.
"Məhəmməd Füzulinin şeir sənətində poetik obraz və bədii təsvir vasitələri”
adlı dissertasiya mövzusunu mənə etibar etdilər. Özüm həmin mövzunu işləmək
arzusundaydım... 1990-cı ildə müdafiə elədim”.
Fərqli universitetlərdə, fərqli fakültələr,
fərqli dərslər...
İş
həyatı da fərqli olub. Belə ki, müxtəlif universistelərdə müxtəlif fakültələrdə
fərqli fənnlərdən dərs deyib: "Lənkəranda Hirkan, Bakıda Qızlar seminariyası,
Bakı Dövlət Universitetində dərs demişəm. İndi Azərbaycan Milli Konservatoriyasında
İctimai elmlər kafedrasının müdiriyəm. Qızlar seminariyasının jurnalistika
fakültəsində jurnalistika texnologiyaları fənnindən dərs keçirdim. "Bakının
səsi” qəzetinin, cəmi bir nömrəsi çıxan "Molla Nəsrəddin” jurnalının, "Türkün
səsi” qəzetinin baş redaktoru olmuşam. On görə tələbələrimə bu sahədə dərs deyə
bilirdim. Mətbəə işi ilə bağlılığım olduğundan, əyani şəkildə danışa bilirdim.
Sonra Hirkan Universitetində islam dininin əsaslarından dərs demişəm. Bakı
Dövlət Dövlət Universitetində islam dininin əsasları, nitq mədəniyyəti və
sufizmdən dərs keçirdim. Filologiya elmləri namizədi olsam da, neçə illər
fəlsəfə kafedrasında çalışdığımdan elə biliblər ki, fəlsəfədən müdafiə etmişəm.
Mənə politologiyadan dərs verdilər. Elə bildim ki, mədəni şəkildə bununla "çıx
get” demək istəyirlər. Ona görə işə getmədim. Sonra evə zəng elədilər ki, bu
müəllim niyə dərsə gəlmir. Gəldim, gördüm ki, ciddiyyətlə onlar mənə həmin
fənnləri veriblər. Dedilər ki, sənə politologiyadan magistraturada, rus
qrupunda dərs vermişik. Şənimə sığışdırmadım deyim ki, bu dərsi deyə bilmərəm.
Getdim rus dilində politologiya dərslikləri tapdım. Cümə, şənbə, bazar günü
politologiyadan 3 kitab oxudum. Birinci gündən dərsimi dedim. Heç kim bilmədi
ki, mən bu fənni bilirəm, ya yox. İndi istənilən politoloqla oturub söhbət edə
bilirəm”.
"O vaxtın gəncləri ilə indiki cavanlar
arasında fərq görmürəm”
Astrologiyaya
gəlişi isə Füzulini dərindən araşdırmaq istəyindən sonra baş verir. Aspirantura
dövründə Füzulini araşdıranda fikirləşir ki, o öz zamanında hansı elmləri
öyrənibsə, onları öyrənmədən Füzuli sənətinin sirlərini açmağa girişə bilməz: "İlk
növbədə Quran elmlərini imkan daxilində öyrəndim. Eyni zamanda, astronomiya,
astrologiya, ondan sonra kimya, simiya, cifr kimi elmləri öyrənməyə çalışdım.
Fars, ərəb dillərindəki biliklərimi aspiranturada təhsil zamanı artırdım. Astrologiya
haqqında bəzi məsələlər barədə yazdım. Sonra aylıq qoroskop hazırladım, radio
və televiziyada bu sahədə verilişlər apardım”.
O
indiki gəncləri, gəncliyimizi qınayanlarla razılaşmır. Deyir ki, hər bir dövrdə
yaxşılar və pislər olur: "Yaşlı adamlar bəzən deyirlər ki, bizim zamanımız
ideal idi, indi xarabdı. Elə deyil. İndi müdrik, ağıllı, gələcəyi görməyə
çalışan, zəhmətkeş, ədəb-ərkan sahibi olan gənclərimiz çoxdu. Pis, tərbiyəsiz
cavanlarımız da var. Bu cür gənclər bizim zamanımızda da varıydı. Ümumiyyətlə,
hər bir xalqın 20 faiz çıxdaşı var. O iyirmi faizə xiyar qabığı deyirlər,
soyulub atılır. Əslində onlar olmasa, sən yaxşının qədrini bilməzsən. Demək
olar ki, mən o vaxtın gəncləri ilə indiki cavanlar arasında heç bir fərq
görmürəm”. "50 min kitabım var”
Hesab
edir ki, əksər insanlar gəncliyinin və səhhətinin qədrini bilmir. Amma ən
azından vaxtını boş keçirmədiyi üçün peşman olmadığını deyir. Vaxtının əsas
hissəsini isə kitablara həsr edib. Bunu 50 min kitabı olan kitabxanasına əsasən
də demək olar: "Çayxanalarda saatlarla oturub vedrələrlə çay içməmişəm. O vaxt
mobil telefon olmadığından insanlar bir-birini adət etdikləri yerlərdə
tapırdılar. Şəxsən məni axtarsaydılar, ya Axundov, ya Lenin, ya da Sabir adına
kitabxanalarda tapardılar. Çünki elə şeylər var ki, sən onu müəllimdən
eşitmirsən. Bəlkə müəllim də heç bilmir, ya da bəlkə bilib və unudub. Amma
kitabla canlı təmasda olanda elə bilirsən ki, həmin adamla söhbət edirsən,
müəllif öz bildiklərini ancaq sənə danışır. Özümün 50 min kitabım var. Nəsildən
qalma kitablar da var, özüm aldığım kitablar da... Onların hamısını oxumuşam.
Əlli min kitabın hamısının adını deyə bilərəm. Hətta mənim diqqətimi çəkən nə
varsa, səhifənin harasında olduğunu da deyə bilərəm. Hərf tanıdığım, əlifbanı
öyrəndiyim gündən oxuduğum kitabları yığmışam. Demək olar ki, hər gün təzə
kitab alırdıq. Evdə kitab qoymağa yer qalmamışdı”.
Sonda gənclərə
məsləhətlərini də öyrəndik: "Birincisi, unutmasınlar ki, yerin-göyün,
bəşəriyyətin sahibi - Allah var və o təkdir. İkincisi, vətəni, xalqı, milləti
son dərəcə çox sevsinlər. Əgər bunu bacarmasalar, millətə, xalqa lazımsız adam
olacaqlar. Vətəni sevmək, onun uğrunda döyüşməyə hazır olmaq lazımdır. Tarix
boyu itirdiklərimizi yada salsaq, bilməliyik ki, onları geri qaytarmağın zamanı
çoxdan çatıb”.Aygün
Asimqızı