50 ildir yararlandığımız möcüzəvi su - Fotolar
Azərbaycanın
gözəl təbii guşələrindən biri olan Şabran rayonunun Qalaaltı kəndində yerləşən
və yerli müalicə turizminin incisi sayılan Qalaaltı Hotel Kompleksi ilə bağlı
həm Azərbaycan, həm də xaricdə silsilə tədbirlər planlaşdırılıb. Silsilə
tədbirlər çərçivəsində ilk olaraq 1 martdaQalaaltı
müalicəvi istirahət kompleksinə turizm şirkəti nümayəndələri ilə medianın
səfəri təşkil olundu.
"Kaspi” qəzetinin əməkdaşının da iştirak etdiyi səfərdə Qalaaltı
müalicəvi suyunun tarixi haqqında məlumat verildi. Bildirildi ki,
1960-cı illərdə Şabran rayonunda keçmiş S.M.Kirov adına Azərbaycan
Elmi-Tədqiqat Kurortologiya və Fiziki Metodla Müalicə İnstitutunun (Səhiyyə
Nazirliyinin indiki Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) geologiya və hidrokimya
şöbəsinin əməkdaşlarının apardıqları kəşfiyyat işləri nəticəsində, 1969-cu ildə
tərkibində üzvi maddələr və müxtəlif minerallar olan və böyük müalicəvi
əhəmiyyətli Qalaaltı suyu aşkar edilib. "Sovet Kəndi” qəzetinin 1975-ci ilin 26
avqust tarixli sayında dərc edilən "Müalicə suyu” məqaləsində tibb elmləri
doktoru D. Hüseynov Qalaaltı suyu barədə qeyd edir: "Dəvəçi rayonunun (indiki
Şabran-red.) 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, ən
şəfalı guşələrindən birində - dağətəyi meşədə 1969-cu ildə yeni mədən suyu
tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük
ehtiyata malikdir. Suyun debiti hər dəqiqədə 10.000 litrdən artıqdır".
Alimlərimizin
apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərir ki,
Qalaaltı suyunun tərkibi Truskavetsdə çıxan mədən suyu ilə eynidir. Qalaaltı
mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və
tərkibində çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su özünün tərkibindəki
kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda,
iltihab əleyhinə də təsir göstərir. Məhz bu təsir xassələrinə görə, Qalaaltı
mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində,
sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd
yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların
iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir. Qalaaltı
sanatoriyası elmi tədqiqatlardan sonra 1975-ci ildən fəaliyyətə başlamış və
uzun illər Azərbaycan və ümumsovet vətəndaşlarına xidmət göstərmişdir. Lakin
ötən əsrin sonlarında sovetin dağılması və iqtisadi sosial problemlərlə bağlı
olaraq, sanatoriya nisbətən baxımsız hala gəlmiş və layiqincə istifadə
olunmamışdır.
Qalaaltı
Hotel və müasir müalicəvi istirahət kompleksimüstəqillik
dövrü ərzində dövlət tərəfindən aparılan regionların, qeyri-neft sektorunun və
turizmin inkişafı siyasəti nəticəsində həyata keçirilən layihələr çərçivəsində
inşa edilmiş və 2015-ci ildən etibarən dünya standartlarına cavab verən
kompleks kimi fəaliyyətə başlamışdır.
Bakıdan 127 km məsafədə və dəniz
səviyyəsindən 700 m
yüksəklikdə yerləşən kompleks, 350-dən çox qonağın istirahəti və müalicəsi üçün
nəzərdə tutulmuşdur. Kompleksdə 171 otaq var. Otaqlarda qonaqların dolğun
istirahəti üçün bütün şərait yaradılıb. Burada istər uzunmüddətli müalicəvi
istirahət, istərsə də asudə vaxt keçirmək üçün geniş şərait var.
Kompleksdə
müştərilər üçün spa, hamam, sauna, türk hamamı, biosauna, masaj, buxar, ekzotik
duş və qar otağı, həmçinin müasir qurğularla təchiz olunmuş fitnes zalı
fəaliyyət göstərir. Müasir kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün
fərqli iclas və konfrans otaqları var. Kompleksin daxilində fəaliyyət göstərən
"Çıraq” tibb mərkəzi müasir səhiyyə avadanlıqları ilə təchiz edilib. Təklif
edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin
yaxşılaşdırılması və insan ömrünün uzadılmasına xidmət edir.
Əsas
müalicə aşağıdakı istiqamətlərdən ibarətdir: Qastroenterologiya-terapiya, maddələr
mübadiləsi bərpası – endokrinoloji, urologiya-andrologiya, ginekologiya, kardiologiya,
nevrologiya, hərəkət dayaq sistemi.
Qalaaltı
sanatoriyasının "Çiraq” tibb mərkəzində isə aşağıdakı müayinələr aparılır: Qanın
biokimyəvi analizi, qanın ümumi analizi, qanda şəkər miqdarının təyini, qidiyin
ümumi analizi, cinsi orqanların ifrazatının müayinəsi, spermoqramma, parazitoloji
müayinələr, disbakterioza görə bakterioloji əkmə, qidaya və kimyəvi maddələrə
həssaslığın yoxlanılması üçün TEST FED, helicobactger pylory 13C-ureaza testi,
infeksiyalar, onkomarkerlər, hormon paneli İFA laborator diaqnostikası, rektoskopiya,
qastro-duodenoskopiya, EKG, rəqəmli rentgen diaqnostika, kolposkopiya.
Çıraq tibb
mərkəzində balneo-ozokerit bölməsinin xidmətlərindən aşağıdakı proseduraları
nümunə göstərmək olar:
Su və
balneoterapiya, ozokerit terapiya, elektroterapiya, ultrasəs terapiyası, vakuum
terapiya, kombineşdirilmiş terapiya, lazer terapiya, pressomasaj, maqnitoterapiya,
damaqların hidrolazer suvarması, inqalyasiyalar, speleoterapiya, hidrokolon
terapiya (orqanizmin toksin və şlaklardan effektiv təmizlənməsi, bağırsaqların bioflorasının
bərpası üçün dərmən preparatlarının istifadəsi ilə) , ozon terapiya
(bakteriosid, göbələk əleyhinə, virus əleyhinə təsirlidir, qanda oksigen
miqdarını artırır, fermentlərin fəaliyyətini artırır, maddələr mübadiləsini
stimulyasiya edir, immuniteti gücləndirir), hirudoterapiya (zəlilər ilə
müalicə).
Qalaaltı
mineral sularının xüsusiyyətlərinə əsaslanan xüsusi proseduralarla yanaşı, eyni
zamanda müxtəlif balneo-proseduralar da təklif olunur: Duş Şarko, sirkulyar və
sualtı duş-massaj, qalvanovanna, aromatlaşdırılmış mirvari vannaları, quru
karbondioksid vannası, hidrokolon terapiya.
Qeyd
olunmuş çoxşaxəli və ən müasir tələblərə cavab verən şərait imkan verir ki,
kompleks həm yerli, həm də xarici qonaqlara yüksək səviyyəli xidmət və müalicə
təşkil edə bilsin. Təsadüfi deyil ki, Qalaaltı
Hotel Spa Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib.
2018-ci ildə assosiasiyanın baş toplantısı da Qalaaltı otelində keçirilib.
Həm əldə
olunmuş nailiyyət və imkanlar, həm də Qalaaltı müalicəvi suyunun aşkar
edilməsinin 50 illik yubileyi münasibətilə yerli və xarici ölkələrdə
planlaşdırılan tanıtım tədbirlərinə artıq bu il start verilib. 2019-cu ilin
fevral ayında, Rusiyanın Moskva və Sankt-Peterburq, Özbəkistanın Daşkənd şəhərlərində turizm şirkətləri üçün təqdimat
tədbirləri təşkil olunmuşdur. Statistikaya əsasən, keçən il ərzində Rusiya,
ABŞ, Qazaxıstan, Özbəkistan, Ukrayna, BƏƏ, Qatar və digərölkələrdən
gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artmışdır.
Aparılan
təşviqat kampaniyalarından əlavə, qiymət siyasətində də yeniliklər edilmişdir. Yerli turizm
şirkətləri xarici vətəndaşları müalicəyə cəlb etdikləri halda, onların komisyon
dərəcələri 50% artırılır.
Bu addımı
atmaqda məqsəd isə odur ki, Azərbaycan dünyada həm də sağlamlıq turizmi məkanı
kimi tanınsın və xarici turistlər ölkəmizə gəlmək üçün məlumat alsınlar və
maariflənsinlər.
Günel Azadə