5 milyard 259 milyon 784,2 min manat

5 milyard 259 milyon 784,2 min manat

İqtisadiyyat
15 Noyabr 2012, 08:06 1582
2012-ci ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 259 milyon 784,2 min manat təşkil etmişdir. Bu məbləğin 39,3 faizi mənfəət vergisinin, 23,1 faizi əlavə dəyər vergisinin, 12,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,7 faizi aksizlərin, 17,3 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə 2 milyard 768 milyon 900 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz çoxdur.
Yanvar-oktyabr aylarında respublika üzrə 60 min 668 vergi ödəyicisi qeydiyyata alınmışdır. 2011-ci ilin iyul ayının 1-dən cari ilin noyabr ayının 1-dək 47 min 485 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçmişdir. 1 noyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 472126 olmuşdur.
2012-ci ilin yanvar-oktyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,0 faiz təşkil etmişdir.
Məlumatı nazirliyin analitik-informasiya şöbəsi yayıb.