• çərşənbə axşamı, 19 mart, 07:39
  • Baku Bakı 8°C

5 illik müqavilə, 102 milyon avro

18.02.19 14:25 834
5 illik müqavilə, 102 milyon avro
"Mançester Yunayted” David de Xea ilə yeni müqavilə bağlamaq üçün danışıqları davam etdirir.
Kaspi.az xəbər verir ki, MY rəhbərliyi ispan qapıçıya 5 illik yeni müqavilə təklif edib. Onun bu müddətdə alacağı məvacib isə 102,97 milyon avro olacaq.
Yeni müqavilədən sonra De Xeanın illik məvacibi 20 milyon avroya yüksələcək. Qapıçının MY ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır. Ancaq klub onunla müqaviləni avtomatik olaraq daha bir illiyinə uzatmaq hüququna malikdir.
28 yaşlı Xea MY-yə 2011-ci ildə Madrid "Atletiko”sundan keçib.
banner

Oxşar Xəbərlər