• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

5 ildən sonra övladlarına qovuşdu

21.01.19 11:40 532
5 ildən sonra övladlarına qovuşdu
Bu yaxınlarda karyerasını bitirən Andrey Arşavin nəhayət ki, övladlarını da görməyə müvəffəq olub.
Kaspi.az xəbər verir ki, Arşavinin teleaparıcı Yuliya Baranovskaya ilə ilk nikahdan iki oğlan övladı var. Tərəflər 10 il birgə yaşadıqdan sonra 2013-cü ildə ayrılıblar.
Arşavin 2014-cü ildən bəri oğlanları ilə görüşə bilmirdi. Nəhayət, o, 5 illik fasilədən sonra övladlarını görə bilib. Arşavin onlarla çəkdirdiyi şəkli "İnstaqram”da paylaşaraq belə yazıb: "Mənim klounlarım. Sizi çox sevirəm”.
Arşavin yanvardan "Zenit”in "Sirius” uşaq layihəsində çalışır.
banner

Oxşar Xəbərlər