5 dahinin həyat kəlamları
Pablo Pikasso
1881-1973-cü
illərdə yaşayan məşhur rəssam Pablo Pikasso, tələbəlik illərində riyaziyyatla
bağlı maraqlı problem yaşayıb.
O, hər dəfə
dərsdə "4” rəqəmi ilə qarşılaşanda, onu önə doğru fırlanan burun kimi təsəvvür edir,
sifətin digər üzvlərini də çəkərək, buruna uyğunlaşdırırmış. Beləliklə, dərsdə qarşısına "4” rəqəmi çıxan kimi insan
siması çəkirmiş, buna görə də, fikrini heç vaxt riyaziyyat dərsinə verə bilməyib.
Müəllimi bu vərdişi ona tərgidə bilməyib. Hər
dəfə Pikasso "4” görəndə özünə əngəl ola bilmədiyini, bunu xüsusi şövqlə həyata
keçirdiyini, həmin vaxt gözünün başqa heç nə görmədiyini əsas gətirirmiş.
Xəyal
gücü olduqca geniş olan bu tələbə, sonrakı illərdə etdiyi böyük işlər sayəsində
dünya sənət tarixində mühüm yer tutub.
Pablo
Pikasso 75 yaşında vəfat edib və özündən sonra 240 min sənət əsəri qoyub. Bütün
həyatını hesablasaq, məşhur rəssam orta hesabla hər gün 9 əsər çəkmiş olub.
Yohann Volfqanq Höte
1749-1832-ci
illərdə yaşayan alman ədəbiyyatının dünyaya səs salan məşhur siması Höte,
dostlarının "sən artıq yoruldun, istirahət et” sözlərinə belə cavab verir: "Mən
yorulmaram, istirahət üçün qarşımda böyük və rahat bir ədəbiyyat var”.
İndira Qandi
Hindistanın
baş naziri İndira Qandi bir gün nitq söyləyərkən çox çalışmaqla bağlı maraqlı
bir xatirəsini bölüşür: "Babam həyatda iki cür insan olduğunu deyərdi. İş görənlər
və görülən işdən özünə pay çıxaranlar. O, mənim birinci qrupda yer almağımı arzuladı.
Çünki orada digərindən daha az rəqabət var idi”.
Franklin D. Ruzvelt.
ABŞ-da
Franklin D. Ruzveltdən başqa heç vaxt heç bir siyasi xadim yüksək prezident
postuna dalbadal dörd müddətə seçilməmişdir. "Bizim, qorxunun özündən başqa
qorxacağımız heç nə yoxdur” ifadəsini Ruzvelt böyük depressiyanın nəticələri
haqqında söhbət getdikdə dəfələrlə təkrar edirdi. O, eksperimentlərə cəsarətlə
gedir, yeni formalar axtarırdı.
Amerikanın
32-ci prezidenti olan Ruzveltin xeyli hərəkətli keçən prezdientlik dövrünə
ikinci dünya müharibəsi də daxil olur. Bu qədər problemin, qarışıqlığın içində
necə güclü qaldığını isə belə izah edib: "Cənablar, bu dəqiqə bir ayağının baş
barmağını hərəkət etdirmək üçün 2 il vuruşan birinə baxırsınız. Uğuru görmək
üçün bir insanın çıxdığı zirvəyə yox, o zirvəyə gələnə qədər verdiyi zəhmətə
diqqət etmək lazımdır”.
Leonardo da Vinçi
"Maneələr,
çətinliklər məni təhdid edə bilməz”.
"Hər bir
maneə məni qaçılmaz bir dəyişimə gətirib çıxarır”.
Deyilənlərə
görə, Leonardo solaxay olub. O, həm sağ, həm də sol əli ilə yaza və ikisini də
birdən işlədə bilirdi. Məlumatların çoxunda onun vegetarian olduğu göstərilir.
Aygün Əziz